Beren Saata keçmiş sevgilisinin anasından böyük dəstək

17 May 2019 11:05 (UTC+04:00)

Türkiyəli məşhur aktrisa Beren Saata keçmiş sevgilisinin anasından dəstək gəlib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu il doğum günündə şəkil paylaşan Beren keçmiş sevgilisi Efe Gürayla olan xatirəsi haqqında yazı yazıb.

Bu yazıdan sonra hər kəs Beren Saatla Kenan Doğulunun boşanacağını desə də, iddiaların doğruluğu özünü təsdiqləməyib.

Beren Saat bir neçə gün əvvəl illər öncə həyatını itirmiş sevgilisi Efe Gürayla şəklini İnstagram profilində paylaşıb.

Efenin anası Nit Atay Berenin şəklinə “Səni çox sevirəm, gözəl qızım. Oğlum dünyaya gələndə mənə ən gözəl analar günü hədiyyəsi vermişdi. Heyf ki, artıq sadəcə qəlbimizdədir” rəyini yazıb.

Nigar CƏFƏR

AzNews.az