“Hünəri varsa, qarşıma özü çıxsın”

2 May 2013 08:30 (UTC+04:00)
"EL" hərəkatının Alı Məclisinin sədri, Ziyalılar Forumunun üzvü Eldəniz Quliyevlə VİP sədrinin təşkilatı məsələlər üzrə müavini Ramil Hüseynov arasında qalmaqal bir az da qızışıb.

Ramil Hüseynov bu dəfə E.Quliyevi uğursuz kinorejissor və yarımçıq siyasətçi adlandırıb.

E.Quliyev isə AzNews.az-a açıqlamasında R.Hüseynovu küçə təfəkkürlü adam adlandırdı: "Küçə təfəkkürlü adamlara cavab vermək niyyətində deyiləm. Onu qışqırdanlar var. Əgər onda hünəri varsa, arxadan kimisə qışqırtmasın, qarşıma özü çıxsın".

Bahar Rüstəmli
AzNews.az