Məşhur restoran blogger qızları belə biabır etdi

17 May 2019 12:08 (UTC+04:00)

İngiltərənin məşhur restoranlarından biri blogger qızları biabır edib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İngiltərədə 4 ildir milyonçu kişilərin həyat yoldaşlarından bəhs edən “Real Housewives” realiti şousu yayımlanır.

Həmin şounun tanınmış iştirakçılarından olan Davn Vard, Raşel Lugo və Perla Navia restoranların birində yeməyə getmək istəyib.

Onlar getmək istədikləri restorana mesaj yollayaraq “Sizin restoranınıza gəlib yemək yemək istəyirik. Amma heç bir ödəniş etməyəcəyik, əvəzində isə üçümüz də sosial media profillərimizdə restoranınız haqqında paylaşım edəcəyik. Hər birimizin İnstagramda yetəri qədər izləyicimiz var” yazıblar.

Restoran sahibi həmin mesajı sosial mediada paylaşaraq qadınları ifşa edib.

İzləyicilər hər biri milyonçu olan bu qadınları etdikləri hərəkətə görə qınayıb.

Nigar CƏFƏR

AzNews.az