"Parklanma normal meyarlar əsasında aparılmır" - Deputat

17 May 2019 12:30 (UTC+04:00)

“Təbii ki, parklanmadan toplanan vəsaitlərin böyük əksəriyyəti dövlət büdcəsinə daxil olmur”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu sahədə özbaşınalıqlar mövcuddur.

“Azərbaycanda hava limanında və avtovağzalda giriş üçün ödəniş edilir. Avropada belə şey yoxdur. İnsanlar 20-30 dəqiqə içəri daxil olub çıxırsa, ondan ödəniş alınmır. Bizdə 10 dəqiqəliyə də daxil olanda ödəniş edilir. Bu, hansı meyara uyğun gəlir? Hava limanına metro yoxdur, vətəndaş bura taksi ilə gəlir. Heç olmasa bu istiqamətdə vətəndaşın problemini həll etmək lazımdır. Əgər 24 saatdan artıq qalarsa bunu tətbiq etmək olar” - deyə F.Mustafa qeyd edib.

Elgün
AzNews.az