Şirkətlərə qarşı yeni cəza - Məcəlləyə dəyişiklik edildi

17 May 2019 12:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilın plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Məcəllənin 295-ci (Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması) maddəsinə iki yeni bənd əlavə edilir.

Əlavədə qeyd olunur ki, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisinin sərnişinlərinə dair nəzərdə tutulan məlumatların biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1 500 məbləğində, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir.

Bundan başqa, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünün vəzifəsi və ona dair nəzərdə tutulan məlumatların hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış, habelə hava gəmisinin ekipajının tərkibi dəyişdikdə, həmin məlumatlar dəyişiklik edildikdən sonra hər bir halda hava gəmisi yola düşənədək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1 500, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

AzNews.az