Aktyor 15 il çalışdığı teatrdan qovuldu

17 May 2019 16:26 (UTC+04:00)

Türkiyəli aktyor Taner Ölmez çalışdığı teatrdan qovulub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor iş yerindən qovulmasına görə od püskürüb.

O, sosial şəbəkədə “15 ildir ki, çalışdığım Bakırköy Bələdiyyə Teatrından heç bir səbəb göstərilmədən qovuldum. Bu haqsızlıqdır!” deyə qeyd edib.

Xatırladaq ki, Taner Ölmez “Medcezir” və “Muhteşem Yüzyıl” seriallarında çəkilib.

Rəqsanə

AzNews.az