Neftçalada 11 yaşlı oğlan özünü asdı

17 May 2019 17:24 (UTC+04:00)

Hadisə bu gün rayonun İkinci Mayak kəndinin ərazisində baş verib.

Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Həsənov Nihat Eldəniz oğlu tövlədə özünü asaraq intihara cəhd edib. Yaxınları bundan vaxtında xəbər tutublar. Dərhal Yeniyetmə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az