Əməkdar artist Röya Ayxan Xəzər TV-də 5/5 verilişininin qonağı olub.
AzNews.az xəbər verir ki, Röya Ayxan verilişdə maraqlı açıqlamaları ilə diqqət çəkib. Tez-tez vətəndən uzaqlaşan Röya Ayxan bunun səbəbini açıqlayıb: "30 ildir ki, İstanbulda evim var. Anam, qardaşım orada yaşayır. Həm də kiminsə xətrinə dəyməmək üçün buradan uzaqlaşıram. Baxıram və deyirəm ki, nə yaxşı burada olmamışam. Yoxsa cavabını verərdim".
İfaçı aparıcının "Şou-biznesdə son zamanlar birinin video görüntüsü, şəkili yayıldı. Onları gördünüzmü?" sualına belə cavab verib:
"Bir az iyrəncliklər baş verir. Hər şey başqalaşıb. Heç kimin xətrinə dəymək istəmirəm".
Röya Zaur Kamalın ana olan Natavan Həbibiyə zəng etmək istəyinə də qarşı çıxıb. O, "Efirdən təbrik etdim" deyə cavab verib.
Röya Ayxan Zaurun "O, kimdi ki, özgəsinə quyu qazır, özü düşür" sualına isə maraqlı açıqlaması ilə diqqət çəkib: "Qocalardandır. Adı "I" hərfi ilə başlayır. O mənim üçün "I" hərfidir".
İfaçı "Oğlunu müğənni qızı ilə evləndirərsənmi?" sualına isə özünəməxsus cavab verib: "Müğənni hər şeyin içində olduğu üçün çox şeyi görür. Ona görə də övladına daha çox əziyyət verir. Qızım olsaydı müğənniyə verərdim. Kiminlə ailə qurmaq istəyirsə, mane olmazdım".
İfaçı həmkarı ilə ailə qurmasına da münasibət bildirib: "Müğənni ilə ailə qurmaram. Çünki evdə bir ulduz olar".
Rəqsanə
AzNews.az