Həftəsonu ölkədə qızıl-gümüş ucuzlaşdı

17 May 2019 23:43 (UTC+04:00)

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Mayın 17-də qızılın qiyməti mayın 16-ı ilə müqayisədə 17,034 manat azalaraq 1 unsiya üçün 2187,05 manat təşkil edib.

Gümüş 0,4213 manat ucuzlaşaraq 1 unsiya üçün 24,7221 manata bərabər olub.

Platinin qiyməti 27,302 manat azalaraq 1412,207 manat, palladiumun qiyməti isə 9,707 manat azalaraq 2262, 6575 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (trend)

AzNews.az