BMT-nin keçmiş əməkdaşı həbs edildi

2 May 2013 09:36 (UTC+04:00)


APA-nın məlumatına görə, bu barədə "Əsr-e İran" və "Tabnak" saytları xəbər yayıb.

Məlumatda həmin diplomatın bu il martın ilk yarısında Tehranda həbs olunduğu bildirilir. Xəbərdə onun nüfuzlu islahatçı siyasətçilərdən biri olduğu və həbsinin səbəblərinin məlum olmadığı qeyd edilir. Hazırda diplomatın harada saxlanıldığı barədə heç bir məlumat yoxdur. İranın BMT-dəki daimi nümayəndəliyi isə məsələ ilə bağlı heç bir açıqlama vermir və ona ünvanlanmış müraciətləri cavabsız qoyur.

İranın İSNA xəbər agentliyi isə həmin diplomatın Bağır Əsədi olduğu və həbsinin artıq ölkə Xarici İşlər Nazirliyi tərəfindən təsdiqləndiyi barədə xəbər yayıb. Diplomatın tutulmazdan öncə Tehranda "D-8" qrupunun katibi vəzifəsində işlədiyi bildirilir.

AzNews.az