Erməni mediası Paşinyana od püskürdü - “Bahalı dünya gəzintiləri, nəticəsiz səfərlər...”

18 May 2019 11:47 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı ölkəsində narazılıq böyüyür. Paşinyanı hakimiyyətə gətirmiş narazı kütlə ötən 1 ildə öz dolanışığında müsbətə doğru heç bir ciddi dəyişiklik hiss eləmədiyindən, artıq “demokrat” Paşinyandan da əlini üzməyə başlayıb.

Zaman-zaman yazdığımız kimi, istənilən xalqa yağlı vədlər verib hakimiyyətə gəlmək asandır, nəinki həmin vədləri tutmaq və hakimiyyətdə qalmaq. Nikol Paşinyan da istisna olmadı, olmayacaq. Üstəlik, Ermənistanın Dağlıq Qarabağa görə blokada və müharibə vəziyyətində olması onun durumunu ikiqat ağırlaşdırır. Belə vəziyyətdə sözsüz ki, “iqtisadi inqilab” vədi də boşa çıxacaqdı və çıxdı da. Nəticədə toplumda inqilabdan yana məyusluq artdı...

*****

Ä°lgili resim

Gevorq Poqosyan

Bu və digər səbəblərdən erməni cəmiyyətində Paşinyana etimad göstəricisi enməkdə davam edir. Son mötəbər rəy sorğularına görə (Gellup İnternational və başqaları), axır 6 ayda Nikol Paşinyanın reytinqi ən azı 20% düşüb. Erməni sosioloq Gevorq Poqosyan bunu postinqilab dönəmi üçün təbii hesab edir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, 1 in.am-a açıqlamasında deyib.

“Reytinq enməsi həqiqətən baş verib. O səbəbə ki, Pasinyandan gözləntilər olduqca böyük idi. Çox yuxarı blank qoyulmuşdu. Real həyatda isə ciddi dəyişikliklər hiss olunmur. Heç kəs öz gündəlik həyatında dəyişiklikləri hiss eləmir. Hətta əgər dəyişiklikıər varsa belə, adamlar hələ ki onu öz həyatında görmür. Bu, real mənzərədir”, - deyə o qeyd edib.

Sosioloq bunu normal hal saymasa da, baş verməsinin gözlənilən olduğunu bildirib: “Nədən ki, birincisi, post-inqilab dönəmlərində həmişə belə olur, çətinliklər yaranır. Bundan əlavə, çox böyük vədlər verilmşdi, gerçəkdə isə çox az şey dəyişib. Mən hələ neqativ məsələlərin olmasını demirəm: bu müddətdə inflyasiya qeydə alınıb, əmək haqlarında böyük dəyişikliklər baş verməyib və s. Elə problemlər var ki, həllini tapmadı, o cümlədən hətta o problemlər ki, baş nazir tərəfindən prioritet sayılırdı. Deməli, reytinqin enməsi gözlənilirdi. Adamlar real dəyişikliklər görmək istəyirlər”.

*****

Bu arada Paşinyan və arvadı Anna Akopyanın xarici səfərləri erməni mediasının sərt tənqid hədəfinə gəlib. Söhbət xüsusən də Paşinyanın Çinə təzəcə başa çatan iki günlük işgüzar səfərindən gedir. Ermənistan KİV-ləri bu uğursuz səfərin yekununu intensiv müzakirə edir.

“Bizim Çin səfəri barədə təəssüratımız Nikol Paşinyanın səfərlə bağlı şəkilləri və facebook-dakı statusları əsasında yaranıb. Paşinyan yazmışdı: ”Bizim tərəfdaşlar hə şeyi edirlər ki, biz unudulmaz təəssüratlarla Pekindən ayrılaq. Bu gün məni və Annanı 150 illik tarixi olan restorana Çin ördəyi dadmaq üçün dəvət etdilər. Çin qonaqpərvərliyi bizi valeh elədi". “Yeni Müsavat” xəbər verir ki, bu haqda “Qraparak” qəzetindəki məqalədə deyilir. Daha sonra hökumətin rəsmi xəbərlərində bildirilirdi ki, “Nikol Paşinyan bir sıra iri şirkətlərin təmsilçiləri ilə görüşüb. Ermənistanda müxtəlif investisiya proqramlarının reallaşması perspektivi və mümkünlüyü müzakirə edilib”.

“Hraparak” pashinyan ile ilgili görsel sonucu

Bu xüsusda erməni nəşri yazıb: “Əlbəttə ki, press-reliz yayğındır. Orada dəqiq deyilmir ki, hansı proqramlardan söhbət gedir. Biz isə həmin xəbərlərə, ələlxüsus Çin sərmayələrinin Ermənistana yatırılması ilə bağlı baş nazirin vədlərinə məmnuniyyətlə inanardıq, əgər bir ”əmma" olmasaydı. Məsələ ondadır ki, Paşinyanın Çinə apardığı hökumət nümayəndə heyətinin tərkibi tamam başqa şey deyir. Konkret onu deyir ki, Nikol Paşinyan və xanımı Çinə onlar üçün xoş olan və onlara qulluq edən böyük sayda adamlarla birgə, sadəcə, ölkəyə baxmaq, oranı gəzmək və əylənmək üçün gediblər. Nümayəndə heyətinin tərkibində iqtisadi, maliyyə, turizm, bütövlükdə konkret sferaların nümayəndələrindən başqa kimlər yoxdur? Yalnız bir istisna var - nəqliyyat naziri. Axı belə danışıqlar və anlaşmalar iqtisadiyyatdan elə də yaxşı baş açmayan baş nazir tərəfindən aparılmır və imzalanmır, deyək ki, iqtisadiyyat, sərmayə, maliyyə, kənd təsərrüfatı, investisiya siyasəti sahələri üzrə məmurlar tərəfindən aparılır - hansılar ki, nümayəndə heyətinin tərkibində yox idi".

Bəs tərkibdə əsasən kimlər olub?

“Hraparak” pashinyan ile ilgili görsel sonucu

“Qraparak”: “Rəsmi xəbərlərdə bildirilir ki, baş nazirlə birgə Çinə onun baş məsləhətçisi və köməkçisi, habelə aparatın protokol şöbəsinin rəisi, həmin şöbənin baş mütəxəssisi, protokol tədbirləri şöbəsinin məsul şəxsi, Xarici İşlər Nazirliyi dövlət protokol xidmətinin rəsmi səfərlər şöbəsinin attaşesi, baş nazir aparatının ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin baş mütəxəssisi, mətbuat katibi, 7 təhlükəsizlik əməkdaşı, üstəgəl, KİV təmsilçiləri və əlbəttə ki, Anna Akopyanın müşaviri və bərbəri. Adətən işgüzar səfərlər zamanı nümayəndə heyətinin tərkibində konkret sayda adamlar - sahə mütəxəssisləri olur, hansılar ki, öz ölkəsinin maraqları naminə gərgin qrafikdə işləyir. Və belə səfərlərə adətən həyat yoldaşlarını götürmürlər, nədən ki, iş və ailə səfərləri tam fərqli şeylərdir”.

*****

Ancaq Paşinyanı çox qınamağa da dəymir. Ermənistan özünün hazırkı miskin, Rusiyadan asılı və vassal durumu ilə, blokada vəziyyəti ilə hansı ciddi ölkə üçün maraq kəsb edə bilər ki? Odur ki, Paşinyan da fürsətkən arvadı Anna ilə birgə doyunca dünyanı gəzir. Avropadan vurub Çindən çıxır. Demək, Ermənistanda antiinqilab havası uzaqda deyil... (Musavat.com)