Türkiyədə PKK terrorçuları polislərə hücum edib

18 May 2019 11:54 (UTC+04:00)

Türkiyənin Şanlıurfa vilayətinin Halfeti rayonunda xidmət aparan polis əməkdaşları PKK terrorçularının hücumuna məruz qalıblar.

Mayın 18-də gecə saatlarında baş verən atışma nəticəsində 1 polis əməkdaşı həlak olub, 2-si yaralanıb. Hücum edən terrorçulardan ikisi məhv edilib.

Konyada isə polis qüvvələri İŞİD terror qruplaşmasına qarşı uğurlu antiterror əməliyyatı keçiriblər. Şübhəli şəxs qismində həbs olunan 9 nəfərin terrorçu kimi təlim gördükləri müəyyən olunub. Saxlanılanlar İraq və Suriya əsilli şəxslərdir. (AZƏRTAC)