Keçmiş məhkum Səməd Səmədov intihar etdi - Cinayət işi başlandı

18 May 2019 12:19 (UTC+04:00)

Bakıda 49 yaşlı kişi intihar edib.

Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Rayon sakini, əvvəllər məhkum olunmuş Səməd Səmədov özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. (Report)