Azərbaycanda milli maraqlara söykənən gənclər siyasəti uğurla həyata keçirilir

18 May 2019 12:31 (UTC+04:00)

“Xarici ölkələr Azərbaycanda gənclər siyasəti sahəsində yürüdülən uğurlu siyasətdən faydalana bilər”.

Bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda milli maraqlara söykənən gənclər siyasəti uğurla həyata keçirilir: “Dayanıqlı İnkişaf məqsədləri artıq Azərbaycanda əhəmiyyətli bir mövzuya çevrilib. Azərbaycanda gənclər üçün çox gözəl şərait yaradılıb. Hesab edirəm ki, dünya gənclər siyasəti ahəssində Azərbaycanın təcrübəsindən yararlana bilər”. (Report)