İstanbulda 38-ci "Kitab və mədəniyyət sərgisi" açıldı

18 May 2019 14:00 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərinin Sultanəhməd meydanında və Böyük Çamlıca məscidinin sərgi salonunda dini nəşrlərin çoxluq təşkil etdiyi "Kitab və mədəniyyət sərgisi" açılıb.

Bu il “Ramazan kitabla birləşir” şüarı altında keçirilən sərgi Türkiyə Dəyanət Vəqfi tərəfindən təşkil edilib.

Tədbirdə dünyanın bir sıra ölkələri ilə yanaşı, azərbaycanlı yazıçıların əsərləri və qəhrəmanlarımıza həsr olunmuş kitablar da yer alıb.

Mütəmadi olaraq 37-ci dəfə keçirilən sərgidə türk, ingilis, ərəb və digər dillərdə nəşrlərdən ibarət 140 stend təqdim olunub.

Ümumilikdə 320 seçilmiş nəşriyyatın yer aldığı sərgi çərçivəsində imza günlərinin də keçiriləcəyi bildirilir.

Sərgi iyunun 31-dək davam edəcək. (Azərtac)