Azərbaycan gimnastları finalda çıxış ediblər

18 May 2019 18:49 (UTC+04:00)

"Report"un məlumatına görə, Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə, Fəridə Səfiyarzadədən ibarət kollektiv lentlə hərəkətlərdə 17.300 xalla 9-cu olub. Çoxnövçülükdə isə 38.950 xal qazanan yığma 6-cı yeri tutub.

Qeyd edək ki, Avropa çempionatında 35 ölkənin idmançıları mübarizə aparır. Yarışda böyüklər fərdi hərəkətlərdə, yeniyetmələr isə qrup hərəkətlərdə çıxış edir. Mayın 19-da - son yarış günündə fərdi proqramda Zöhrə Ağamirova finalda halqa və gürzlərlə çıxış edəcək.

Gənclərdən ibarət yığma isə halqa ilə hərəkətlərdə bacarığını nümayiş etdirəcək.

Aznews.az