Çingiz Mustafayev dünya azərbaycanlılarına səsləndi - VİDEO

18 May 2019 20:52 (UTC+04:00)

Yarışmanın ikinci yarımfinalında ölkəmizi layiqincə təmsil edib, Təl-Əviv Expo Mərkəzinin səhnəsində əsrarəngiz perfomansı ilə finala vəsiqə qazanan Çingiz Mustafayev izləyicilərinə videomüraciət ünvanlayıb.

Oxu.Az xəbər verir ki, Ç.Mustafayev dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılardan ona dəstək olmalarını və səs göndərmələrini rica edib.

“Üç ay tez gəldi-keçdi. Bu müddət ərzində çəkdiyim bütün əziyyət, stress, gözəl günlər, hazırlıqlar cəmi üç dəqiqəyə görədir. Bu üç dəqiqə gəlib-çatdı. Dəstək olun. Mobil proqram vasitəsilə səs verə bilərsiniz. Bütün dünya azərbaycanlılarına səslənirəm: dəstək olun, səs verin”.

Qeyd edək ki, İsrailin paytaxtı Təl-Əviv şəhərində sayca 64-cü “Avroviziya-2019”un finalı saat 23:00-da İTV-də birbaşa olaraq, canlı yayımlanacaq. Çingiz Mustafayev “Truth”(Həqiqət) adlı mahnısı ilə 20-ci nömrə altında səhnəyə çıxacaq. Bukmeykerlərin verdiyi proqnozlara əsasən, Azərbaycan hazırda TOP-5-liyin beşinci pilləsində qərarlaşıb.

AzNews.az