Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək

18 May 2019 22:33 (UTC+04:00)

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 21-dək Parisdə səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, komitə iclasında terror qurbanlarının qorunması və onlara kömək göstərilməsi, hücuma məruz qalmış demokratiya, beynəlxalq terrorizmlə bağlı Sankt-Peterburqda keçirilmiş konfransın nəticələri, Kosovoda vəziyyət, Əlcəzair ilə parlamentlərarası dialoq, Parlament Assambleyasının gələcəkdə rolu və missiyası ilə bağlı müzakirələr aparılacaq.

Sabir Hacıyev iclasda çıxış edəcək, mövzular barədə fikirlərini bildirəcək.(azərtac)

AzNews.az