İranda qum fırtınası - Şagirdlər təxliyə edildi

18 May 2019 22:51 (UTC+04:00)

Bu gün səhər saatlarında Yəzd vilayətində qum fırtınası başlayıb. Güclü külək Məncab səhrasının qumunu sovuraraq vilayətin şəhər və qəsəbələrinə gətirib.

Nəticədə orta məktəblərin şagirdləri təxliyə edilib​.

İranın Hava Proqnozu Mərkəzi insanlara küçəyə çıxmamağı məsləhət görüb. Fırtına hələ də davam edir. (Azərtac)

AzNews.az