Bakıda gənc qadın 4 yaşlı qızı ilə birlikdə itkin düşdü

19 May 2019 10:05 (UTC+04:00)

Bakıda ana azyaşlı qızı ilə birlikdə itkin düşüb.

Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Gəncə prospekti, 72 saylı ünvanda kirayədə yaşayan 1997-ci il təvəllüdlü Tağıyeva Qəmər İsi qızı və onunla birlikdə yaşayan qızı, 2015-ci il təvəllüdlü Tağıyeva Xədicə Elnur qızı mayın 16-da səhər saatlarında yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az