Gürcüstanda mer postuna seçkilər başlayıb - 4 namizəd azərbaycanlıdır

19 May 2019 10:59 (UTC+04:00)

Bu gün Gürcüstanın beş rayonunda mer, səkkiz rayonunda isə bələdiyyə məclisi aralıq seçkiləri keçiriləcək.

Azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda keçiriləcək mer seçkilərində 15 namizəd mübarizə aparacaq.

Həmin namizədlərdən dördü azərbaycanlıdır. Onlar “ Gürcü arzusu demokratik Gürcüstan” partiyasından Zaur Darğallı, “ Vahid Milli Hərəkat ”dan Aqil Mustafayev, “ Təşəbbüs Qrupu”ndan Əli Bədirov, “ Bakradze- Uqulava Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyevdir.(qafqazinfo.az)

AzNews.az