Azərbaycanlı hücumçu Tailand klubuna keçir

19 May 2019 14:40 (UTC+04:00)

Azərbaycan millisinin də formasını geyinən Xətai Bağırov karyerasını ölkə xaricində davam etdirməyə qərarı verib.

Bu gün Tailanda yola düşən X.Bağırov “Sisaket” klubu ilə 6 aylıq müqavilə imzalayacaq.

Hazırda yaxşı günlərini yaşamayan klub uğursuzluq zolağından çıxmaq üçün Xətai Bağırovla bərabər braziliyalı futzalçılar da transfer edəcək.(ona.az)

AzNews.az