“Youtube”da ən çox o izləndi - Üç günə 1 milyon

19 May 2019 14:58 (UTC+04:00)

Azərbaycanı “Eurovision”da təmsil edən müğənni Çingiz Mustafayevin ifa etdiyi “Truth” mahnısı “Youtube”da birincidir.

Ekran işi Azərbaycan üzrə trend videolar arasında lider olub.

Mayın 16-da sosial şəbəkəyə yerləşdirilən klipi bu saata qədər 1 milyon 110 mindən çox insan izləyib, 8000-ə yaxın şərh yazılıb.

Qeyd edək ki, təmsilçimiz yarışmada 297 xalla 7-ci yerdə qərarlaşmışdı.(qafqazinfo.az)

AzNews.az