Səudiyyə Ərəbistanı müharibəyə hazırdır

19 May 2019 17:04 (UTC+04:00)

Səudiyyə Ərəbistanı müharibəyə can atmır, lakin istənilən hücuma qətiyyətlə cavab verməyə hazırdır.

“İnterfaks”ın məlumatına görə, bunu Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr bəyan edib.

O, İranı bölgədəki vəziyyəti gərginləşdirməkdə, habelə Birləşmiş Ərəb Əmirliklərində Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumda ittiham edib.

“Əgər digər tərəf silahlı qarşıdurma yolunu seçsə, Ər-Riyad tam gücü və qətiyyəti ilə cavab verəcək”, - deyə nazir vurğulayıb.(oxu.az)

AzNews.az