İranla sərhəd yaxınlığında meyit tapıldı

19 May 2019 18:16 (UTC+04:00)

Fevral ayından itkin düşmüş Lerik rayon sakininin meyiti tapılıb.

1978-ci il təvəllüdlü İveri kənd sakini İsmayılov Amil Rəvvağ oğlunun meyiti İranla sərhəd zolağı yaxınlığındakı çöllük ərazidə olub.

Onun hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az