"Qarabağ" bir futbolçusunu göndərib, digəri ilə müqaviləni yenilədi

19 May 2019 18:53 (UTC+04:00)

Azərbaycan çempionu "Qarabağ" iki futbolçu ilə bağlı qərarını açıqlayıb.

Ağdam təmsilçisi Şahruddin Məhəmmədəliyevlə müqaviləni yeniləyib.

25 yaşlı qapıçı 2021/22 mövsümümün sonunadək "Qarabağ"ın formasını geyinəcək.

Ondan fərqli, ötən ilin yayında "Bursaspor"dan transfer edilən Con Delarj komandadan göndərilib. 2020-ci yayına qədər sözləşməsi olan konqolu futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Qeyd edək ki, "Qarabağ" mövsüm bitən kimi, polşalı Yakub Jezniçak, isveçrəli İnnosent Emeqara və braziliyalı Reynaldo ilə vidalaşıb. (ona.az)

AzNews.az