“Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi

19 May 2019 22:31 (UTC+04:00)

Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarında yağışlı və güçlü küləkli hava şəraiti ilə əlaqədar "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.

ASC-dən verilən məlumata görə, müəssisə tərəfindən qabaqlayici tədbirlər görülür.

"Texniki departamentin əməkdaşları elektrik enerjisi təchizatıda yarana biləcək fasilələri aradan qaldırmaq üçün tam hazırdırlar",- deyə ASC-dən bildiriblər.

AzNews.az