Saakaşvilinin həyat yoldaşı Gürcüstanda seçkiləri uduzdu

20 May 2019 09:00 (UTC+04:00)

Gürcüstanın Zuqdidi rayonunda icra başçısı vəzifəsinə ötən gün keçirilmiş seçkilərdə hakim “Gürcü Arzusu” partiyasının namizədi Giorgi Şengelia səslərin 54,18%-ni əldə edərək qalib gəlib.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

Müxalif Vahid Milli Hərəkat partiyasının namizədi, sabiq prezident Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs isə 42,84% səs əldə edib.

Qeyd edək ki, Zuqdididə seçici fəallığı 46,88% təşkil edib. Dairə seçki komissiyalarına səsvermə prosesində qanun pozuntuları ilə bağlı ən çox şikayət məhz bu rayondan daxil olub.

S.Rulofs öz növbəsində seçkilərin nəticələrini tanımadığını qeyd edərək qələbə qazandığını bildirib.(report.az)

AzNews.az