Türkiyədə XİN-in 249 əməkdaşı saxlanıldı

20 May 2019 11:15 (UTC+04:00)

Türkiyədə FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində Xarici İşlər Nazirliyinin (XİN) 249 əməkdaşı saxlanılıb.

Araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.

Qeyd edək ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.

Xatırladaq ki, son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından isə 1076 hərbi qulluqçu xaric edilib.(trend.az)

AzNews.az