Eldar Namazov Rusiyaya niyə getmişdi? – Özü danışır

2 May 2013 10:48 (UTC+04:00)

EL hərəkatının lideri Eldar Namazovun Rusiyaya getməsi və onun Moskvada R.İbrahimbəyovla görüşəcəyi barədə məlumat yayılmışdı. Yeni Müsavat qəzetinin bugünkü sayında Eldar Namazovun həm də baş nazirin sabiq müavini "Milyarderlər İttifaqı"nda təmsil olunan Abbas Abbasovla da görüşəcəyi qeyd olunub. "EL"in liderinin Moskvadakı görüşləri ilə bağlı daha geniş məlumat almaq üçün onun özü ilə əlaqə saxladıq. Məlum oldu ki, Eldar Namazov artıq Bakıdadır: "Mən Azərbaycandayam".

Hərəkat rəhbəri yayılan məlumatlar barədə geniş danışa bilməyəcəyini söylədi: "Bu dəqiqələrdə o, çox vacib bir görüşdəyəm. Mən iki gündür ki, Azərbaycanda yox idi. Rusiyadaydım. Orada işgüzar görüşlər keçirdim. Amma mən bilmirəm ki, mətbuat bununla bağlı nə yazıb. Onlarla tanış olandan sonra mətbuata geniş açıqlama verəcəyəm".

Bahar Rüstəmli
AzNews.az