İsmayıllıda 70 kənddə işıq yoxdur

20 May 2019 11:56 (UTC+04:00)

İsmayıllı rayonunda 70-ə yaxın kənd işıqsız qalıb.

Bu barədə rayonun İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, kəskin külək və yağış səbəbindən elektrik təchizatına ciddi ziyan dəyib:

“Gecə saatlarından başlayan külək səbəbindən xüsusilə elektrik təchizatına ziyan dəyib. Naqillər sıradan çıxıb. Müraciətlər toplanır. Hazırda şəhər ərazisində elektrik enerjisinin verilişi bərpa olunsa da, 70-ə yaxın kənddə işıq yoxdur. Aidiyyəti qurumlar və əməkdaşlarımız ərazilərə yollanıb. Bu dəqiqə üçün külək azalıb, hər şey qaydasındadır”.(oxu.az)

AzNews.az