Türkiyədə daha 77 xarici vətəndaş saxlanıldı

20 May 2019 12:31 (UTC+04:00)

Türkiyənin Van şəhərinin polis əməkdaşları tərəfindən ölkəni qaçaq yolla tərk etmək istəyən 77 xarici vətəndaş saxlanılıb.

Saxlanılanlardan 59-nun Əfqanıstan, 15-nin Pakistan, 1-nin İraq, 2-nin isə İran vətəndaşı olduğu bildirilir.

Ölkəyə hansı yollarla daxil olduqları bilinməyən saxlanılan şəxslər Türkiyənin Miqrasiya İdarəsinin yerli bölməsinə təhvil veriliblər.

Onlardan birinin nəzarətə götürüldüyü qeyd olunur.(trend.az)

AzNews.az