Rumıniya yenidən silkələndi

20 May 2019 13:31 (UTC+04:00)

Rumıniyanın Vrança rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yerin fizikası üzrə milli institut xəbər verir.

Zəlzələ 120 kilometr dərinlikdən başlayıb. Xəsarət alanlar yoxdur.

Qeyd edək ki, Rumıniya seysmik fəallığı çox olan ölkələr sırasındadır. 90-cı illərdən bəri ən güclü zəlzələlər 1990-cı il 30 və 31 may tarixində 6,9 və 6,4 bal gücündə qeydə alınıb.(AZƏRTAC)

AzNews.az