“Real” Kroosla yeni müqavilə imzaladı

20 May 2019 13:49 (UTC+04:00)

Madrid “Real”ı almaniyalı yarımmüdafiəçi Toni Kroosla yeni müqavilə imzalayıb.

“Kral klubu” futbolçusu ilə müqaviləni 2023-cü ilə qədər artırıb.

29 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə 40 oyuna 1 qol vurub, 6 assist edib.

Almaniya millisinin üzvü 2014-cü ildən “Real”a çıxış edir.(qafqazinfo.az)

AzNews.az