Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

20 May 2019 15:20 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya vilayətində Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək.

Dövlət başçısı Konyaya bu gün yola düşüb.

Qeyd edək ki, mayın 13-dən başlayaraq Konyada “Anadolu Ankası - 2019” hərbi təlimləri keçirilir.

Mayın 24-dək davam edəcək təlimlərdə Azərbaycanla yanaşı Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya Hərbi Hava Qüvvələrinin təyyarələri iştirak edir.(trend.az)

AzNews.az