Kürdəmirdə ata maşınla azyaşlı qızını vuraraq öldürdü

20 May 2019 15:30 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Kürdəmir rayonunun Xırdapay kənd sakini N.Nərimanov evinin həyətindən “Mercedes” markalı avtomobillə çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az