Meyiti tapılan Lerik sakininin qar uçqunu altında qalaraq öldüyü məlum olub

20 May 2019 15:51 (UTC+04:00)

Ötən gün Lerik rayonu ərazisində meyiti tapılan İveri kənd sakini, 1978-ci il təvəllüdlü İsmayılov Amil Rəvvağ oğlunun qar uçqunu altında qalaq öldüyü məlum olub.

Dörd ay əvvəl itkin düşən şəxsin meyitinin tapıldığı yerin yaxınlığında sellofan torbada narkotik vasitə aşkar olunub.

Qeyd edək ki, fevral ayında itkin düşən A.İsmayılovun meyiti İranla sərhəd zolağı yaxınlığındakı çöllük ərazidə olub.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az