Dünən gecə saatlarında səhhəti qəfil ağırlaşan sabiq daxili işlər naziri İsgəndər Həmidov Türkiyəyə aparılıb.
Bu barədə AzNews.az-a İsgəndər Həmidovun yaxınları məlumat verib.
Sabiq nazirin yaxınların verdiyi məlumata görə, İsgəndər Həmidovun vəziyyəti çox pis olub:
“Həkimlər dərhal əməliyyat olunmasını dedilər. Ailə üzvləri isə Ankaraya aparacaqlarını dedi. Hazırda İsgəndər bəy Ankaradadır. Amma əməliyyat olunub-olunmamasını bilmirik”.
Bahar RÜSTƏMLİ
AzNews.az