Torpağın altından 1,4 kiloqram qızıl tapdı - metal dedektoru ilə

20 May 2019 16:16 (UTC+04:00)

Avstraliyada metal dedektoru ilə axtarışa çıxan bir kişi 100 min Avstraliya dolları dəyərində olan 1 kilo 400 qram ağırlığında qızıl külçəsi tapıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kalgoorlie tarlalarında qeydə alınıb.

Bölgədə qızıl alveri ilə məşğul olan mağaza sahibi Matt Cook qızılın fotosunu internetdə paylaşıb:

"Mağazaya girdi və gülümsəyərək qızıl külçəsini göstərdi. Sigaret qutusundan bir az böyük, amma inanılmaz dərəcədə ağır idi".

Səidə Vahid

AzNews.az