Azərbaycanda polis əməkdaşı göldə batdı

20 May 2019 17:25 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı göldə boğulub.

Hadisə Qəbələ rayonunda qeydə alınıb. Baş Mühafizə İdarəsinin mülki mühafizə xidmətinin əməkdaşı, 1996-cı il təvəllüdlü Cümşüd Qismət oğlu Mehdiyev Nohur gölündə çimərkən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.(ona.az)

AzNews.az