Sumqayıtda 26 yaşlı gənci avtomobil vurdu

20 May 2019 18:38 (UTC+04:00)

Sumqayıtda 26 yaşlı gənci avtomobil vurub.

Hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Vüsal Cəbrayılovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az