Ukrayna hökuməti istefaya gedir

20 May 2019 19:07 (UTC+04:00)

Ukraynanın Baş naziri Vladimir Qroysman hökumətin istefa verdiyini bəyan edib.

Hökumətin çərşənbə günü keçiriləcək iclasından sonra vəzifədən gedəcəyini bildirən baş nazir Ali Radaya (parlamentə) seçkilərdə namizəd olacağını qeyd edib.

“Gələcəkdə daha böyük işlər görəcəyimizə əminəm. Yeni parlamentdə silahdaşlarımızla birgə peşəkar komanda yaradıb dövlətə xidmət edəcəyik”, - V.Qroysman diqqətə çatdırıb. (report)

AzNews.az