Oğuzda orta yaşlı qadın intihar etdi

20 May 2019 18:47 (UTC+04:00)

Oğuz rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan qadın özünü asaraq intihar edib. Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anotomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır. (report)

AzNews.az