Mourinyonun sabiq köməkçisi Şotlandiya millisinin baş məşqçisi oldu

20 May 2019 19:34 (UTC+04:00)

Futbol üzrə Şotlandiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Yığma Stiv Klarka həvalə olunub. 56 yaşlı mütəxəssisin müqaviləsi 2022-ci il Qətərdə keçiriləcək dünya çempionatına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Stiv Klark vaxtı ilə İngiltərə "Çelsi"sində Joze Mourinyonun köməkçisi olub. (report)

AzNews.az