Koçaryanın cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi

20 May 2019 20:13 (UTC+04:00)

Ermənistanda birinci instansiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryana qarşı cinayət işini Konstitusiya Məhkəməsinə göndərib.

Bu barədə sabiq dövlət başçısının vəkillər qrupunun rəhbəri Helen Arakelyan bildirib.

Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə dövlət çevrilişi cəhdilə bağlı ittiham olunur. (report)

AzNews.az