İngiltərə klubunun yeni baş məşqçisi bəlli oldu

20 May 2019 20:28 (UTC+04:00)

İngiltərənin "Brayton" komandasının yeni baş məşqçisi müəyyənləşib.

Kollektiv Qrem Potterə tapşırılıb. O, bu postda Kris Hyutonu əvəzləyib.

Qeyd edək ki, "Brayton" cari mövsüm İngiltərə Premyer Liqasında 36 xal toplayaraq 17-ci olub və çempionatda qalmağı bacarıb. (report)

AzNews.az