Bakıda avtomobil qadını vuraraq ağır xəsarət yetirdi

20 May 2019 21:45 (UTC+04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nərimanov rayonunda qeydə alınıb.

Atatürk prospektində 90-HU-682 qeydiyyat nişanlı, "Toyota" markalı avtomobil 69 yaşlı Ulduzə Xanməmmədovanı vurub.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Qadının vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.(report)

AzNews.az