Avstriyanın Azadlıq Partiyasından olan bütün nazirlər hökumət tərk edəcəklər

20 May 2019 22:01 (UTC+04:00)

Avstriyanın sağ yönlü Azadlıq Partiyasından olan bütün nazirlər kansler Sebastyan Kurtsun daxili işlər naziri Herbert Kiklə vəzifəsindən istefa verməsi ilə bağlı təklifindən sonra hökuməti tərk edəcəklər.

Bu barədə yerli "Kurier" nəşri bildirib.

Daha əvvəl Sebastyan Kurts keçmiş vitse-kansler və partiya lideri ətrafında qalmaqal fonunda Azadlıq partiyasından olan daxili işlər naziri Herbert Kikli vəzifəsini tərk etməyi təklif edib. (report)

AzNews.az