Bakıda 69 yaşlı qadını avtomobil vurdu

20 May 2019 22:16 (UTC+04:00)

Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.

Hadisə Atatürk prospektində qeydə alınıb.

90-HU-682 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin 1950-ci il təvəllüdlü Xanməmmədova Ulduzə Molla qızını vurması nəticəsində piyada onurğa sütunundan ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Nərimanov polisi araşdırır. (ona.az)

AzNews.az