Bakıda yeniyetmə ehtiyatsızlıqdan ağır xəsarət aldı

20 May 2019 22:46 (UTC+04:00)

Bakıda 12 yaşlı yeniyetmə ehtiyatsızlıqdan ağır xəsarət alıb.

Hadisə Binəqədi rayonu 8 mikrorayon, İbrahim Paşa Dadaşov küçəsində baş verib.

İbrahim Paşa Dadaşov 71 ünvanında yaşayan 2006-cı il təvəllüdlü Hüseynov Səməd Ələddin oğlu həyətdəki ağaca çıxarkən yıxılıb. Nəticədə o, ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibb Mərkəzə yerləşdirilib. Ona baş-beyin silkələnməsi, ənsə sümüyünün sınığı diaqnozu qoyulub, S.Hüseynov reanimasiya şöbəsinə yerləşdirilib. (report)

AzNews.az